AZ

24,15 milyonluq Qarabağ ın ən bahalı futbolçuları? SİYAHI

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının ən güclü klublarından biri olan "Qarabağ" futbol klubu hazırda 24,15 milyon avro ümumi heyət dəyəri ilə ölkənin ən bahalı və uğurlu komandalarından biri sayılır.

BAKU.WS-in məlumatına görə, bu barədə nüfuzlu "Transfermarket" portalında məlumat yer alıb. 

Ağdam şəhərini təmsil edən "Qarabağ" klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci "Neftçi" klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində "Məhsul" idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.

"Qarabağ" 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. "Qarabağ" tarixində 12 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. "Qarabağ" eyni ildə həm ölkə çempionu olan, həm də ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.

"Köhlən atlar" avrokuboklarda mərhələ keçən ilk[6], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.

Komandanın ən dəyərli oyunçuları:

Kadi Borges (Braziliya/Polşa) – 2,50 milyon avro

Mövqe: Hücumameyilli yarımmüdafiəçi

Leandro Andrade (Kabo-Verde/Portuqaliya) – 2,50 milyon avro

Mövqe: Sağ cinah hücumçusu

Nəriman Axundzadə (Azərbaycan) – 2,00 milyon avro

Mövqe: Mərkəz hücumçusu

Oleksiy Kaşçuk (Ukrayna) – 1,80 milyon avro

Mövqe: Sağ cinah hücumçusu

Mateusz Koxalski (Polşa) – 1,50 milyon avro

Mövqe: Qapıçı

Toral Bayramov (Azərbaycan) – 1,50 milyon avro

Mövqe: Sol cinah müdafiəçisi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
baku.ws

4Mənbələr