AZ

İsrail girovların qaytarılması üçün əlindən gələni etməyə davam edəcək

İsrailin baş naziri Benyamin Netanyahu bir daha Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsinə sadiq olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bBu dəfə o, müvafiq açıqlamanı ofisinin yaydığı xüsusi videomüraciət zamanı verib.

“Mən girovların azad edilməsi ilə bağlı məsləhətləşmələrin növbəti mərhələsini indicə başa vurdum. Dünən görüş oldu, srağagün görüş oldu, nümayəndə heyəti Qətərdən qayıtdıqdan sonra biz cəhdlərimizi dayandırmamışıq. Biz təslim olmayacağıq, mümkün olan hər şeyi etməyə davam edəcəyik. Biz onların geri qayıtmasına sadiqik”, - Netanyahu bildirib.

İsrailin baş naziri əlavə edib ki, Qəzza ilə bağlı razılığa gəlmək yolunda “böyük bir maneə var, hamı bunu bilir, o, Həmasdır”.

Onun sözlərinə görə, radikal hərəkat vasitəçilərin irəli sürdüyü təkliflərdən “inadla imtina edir”. “Bunu faktları bilən hər kəs, o cümlədən vasitəçilər bilir”, o əlavə edib.

Seçilən
10
ucnoqta.az

1Mənbələr