Çin Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırdır.
“Report” xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və Çinin Yaponiya işğalından azad edilməsinin 80 illiyinə həsr olunmuş tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.
Diplomat həmçinin vurğulayıb ki, rəsmi Pekin hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır.
“Diplomatik münasibətlərin qurulmasından bəri keçən 33 il ərzində Çin-Azərbaycan əlaqələri sabit inkişaf dinamikası nümayiş etdirib. Müxtəlif sahələrdə səmərəli əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsinə güclü təkan verib və hər iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar verib.
Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cin və Azərbaycan Prezidenti Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq yaradılması haqqında birgə bəyanatı imzalayıb. Bu sənəd ikitərəfli münasibətlərin inkişafında yeni tarixi fəsil açdı”, - o vurğulayıb.