AZ

Daha bir KURYOZ OLAY: iclas zamanı katibəni qucaqlayan məmur işdən qovuldu

Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən çqovulub.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin məmurunun videokonfrans zamanı dizində oturan katibəni qucaqladığı foto geniş yayılıb.

“Bu adam yəqin ki, o anda kameranın açıq olduğunu unudub" - paylaşımda deyilir.

Qurum hadisəyə reaksiya verib və adə çəkilən işçilərlə əmək müqaviləsinə xitam verildiyini açıqlayıb. Nazirlik xidmət intizamının və etik normaların pozulmasına sıfır tolerantlıq prinsipinə əməl etdiyini vurğulayıb.

Seçilən
20
publika.az

1Mənbələr