AZ

Bu gün 15-illik çalışdığım qurumda haqlı mübarizəmə son qoydum

Bu gün 15-illik çalışdığım qurumda haqlı mübarizəmə son qoydum.
Buna bəlkədə əsəblərim yetmədi yada gördüyüm özbaşınalıq,rüşvət məni buna məcbur etdi.
Əslində bu illərdi mənim üzərimdə qurulmuş plan idi. Onlar qohumlarını və onlara öz mənafeyləri üçün baş əyənləri öz ətraflarına yığaraq, xalqa xidmət adı altında kirli işlərini görüb,milyonlarla pulu öz səxsi büdcələrinə axıdırlar.Əlbətdə ki,onlara mənim kimi insan, əsasəndə ictimai faliyyətimə başladıqdan sonra təhdit kimi gəlirdi.Mənim orda işləməyim bütün bunları görməyim,onların əlində “saatlı bomba” saxlamaq kimi bir şey idi. Çünki onlara nə işini düzgün bilən əməkdaş,nədə vətənə xidmət edən insan, nədə dövlətinə bağlı vətəndaş lazım idi.Bunların hamısı onların əqidəsinə tərsdir.Buna görədə illərlə mənə etdikləri haqsızlıqlar,tuduğum vəzifədən bir addımda irəli getməyimə icazə verməmələri,azmış kimi bir zamanlar rüşvət aldığını sübut etdirərək,tutduqları vəzifədən azad etdirdiyim insanları yenidən vəzifəyə qoyaraq onlara himayədarlıq etmələri məni mənvi olaraq yordu.15-ilin sonunda struktur dəyişikliyi bəhanəsi ilə mənim vəzifəmi,dərəcəmi və əmək haqqımı azaldaraq,öz fikirlərinə görə uzaqlaşdırdılar.Onlar yaxşı bilirdi ki,illərlə əziyyət çəkib bu yerlərə gəlmiş adam bu hörmətsizliyə dözməyib və işdən çıxmağa razı olacaq.Çünki məni ancaq bu yolla uzaqlaşdıra bilərdilər.Mən də, bundan sonra gedib vaxtı ilə rüşvətxorluğa görə vəzifələrindən uzaqlaşdırdığım adamların rəhbərliyi altında işləyəcək adam deyiləm.Mənim kimi ictimai fəal,sözünü deyə bilən adama bunlar edilirsə düşünün ki,hüquqlarını bilməyən əməkdaşlara hansı haqsızlıqlar olunur.15-il nöqsansız vicdanla və ədalətlə işlədiyim bu işdə bir addım belə irəlləməməyim onu göstərir ki,Socar Azəriqaz İstehsalat Birliyində öz işində irəlləmək üçün ya rüşvətxor və yaltaq olmalısan yada yüksək vəzifələrdə çalışan qohumun olmalıdır.Konkret olaraq bunlar,nə səni işin nə sənin peşəkarlığın nədə ki,dövlətə bağlılığınla maraqlanmırlar.
15-illik təcrübəmə güvənərək deyə bilərəm ki,Azəriqaz İstehsalat Birliyində Keçmiş Baş direktor Ruslan Əliyevin qoyduğu öz başınalıq sistemini, yeni Baş Direktor Azər Məmmədovda davam etdirir. Bütün peşəkar işçilər işdən uzaqlaşdırılır və qarşıda bir vəzifə qoyulub,tutduqları vəzifədən nəqədər istifadə edə bilərlər.İndi mənə bir şey maraqlıdır bu qədər faliyyətimizdən mən və mənim kimi işdən çıxarılan işcilərin hüquqlarını kim müdafiə edəcək? Bu rüşvətxorların çarxının dayanması üşün biz nəqədər mübarizə aparmalıyıq? Hansı qurumlara müraciyyət edək necə nəticə alaq?
Azəriqaz İstehsalat Birliyi haqqında mənim bildiyim və zaman-zamanda yazdığım heç bir bilgi gizli qalmayacaq.Mütləq bir gün səsimi adiyyatı qurumlar eşidəcək və bu rüşvətxorlar haqqında ölkə rəhbəri Cənab Prezident İlham Əliyev lazımı ölçü
götürəcək.Onda başa düşəcəklər ki,bu ölkə sahibsiz deyil və Azəriqaz İstehsalat Birliyi kiminsə şəxsi mülkü deyil ki,istədiyi işcini çıxarıb öz qohumlarını yerləşdirə bilsin.

Ramil Əliyev

Seçilən
7
moderator.az

1Mənbələr