Ajans.az xəbər verir ki, bu məbləğ fondun ümumi büdcəsinin təxminən 30 faizini təşkil edir. Məlumatı ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış özünün X (keçmiş Twitter) hesabında paylaşıb. "Polşa Aİ-nin SAFE proqramı çərçivəsində kredit almaq üçün Avropa Komissiyasına ilkin müraciət edib. Biz bu vəsaiti Polşa ordusunun əsas imkanlarını və təhlükəsizlik proqramlarımızı, o cümlədən "Şərq Qalxanı" proqramını gücləndirmək üçün istifadə etmək istəyirik", - deyə nazir bildirib.

Kosinyak-Kamış əlavə edib ki, ümumilikdə 45 milyard avroluq layihələr hazırlanaraq təqdim edilib, lakin nə qədər vəsaitin ayrılacağı Avropa Komissiyasının daxil olan müraciətlərə əsasən bölgüsündən asılı olacaq.