AZ

ABŞ “Əl-Qaidə” liderinə görə ayırdığı mükafatı 4 milyon artırdı

BAKI, 29 iyul. TELEQRAF

ABŞ Dövlət Departamenti "Əl-Qaidə"ninƏrəbistan yarımadasındakı (AQAP) lideri Saad bin Atef əl-Avlaki haqqında məlumat verən şəxsə təyin edilən mükafatın məbləğini 6 milyon dollardan 10 milyon dollara qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

Bu qərar əl-Avlakinin ABŞ və onun müttəfiqlərinə qarşı hücumlara açıq çağırışları və onun 2024-cü ildə AQAP liderliyini ələ keçirməsi ilə bağlıdır.

Dövlət Departamenti, həmçinin qeyd edib ki, daha əvvəl İbrahim əl-Qusiİbrahim əl-Bənna kimi digər AQAP liderləri haqqında məlumat verənlər üçün də 4-5 milyon dollar məbləğində mükafat elan edilmişdi.

AQAP "Əl-Qaidə"şəbəkəsinin regional qolu olaraq tanınır və əsasən Yəmən ərazisində fəaliyyət göstərir.

Seçilən
0
teleqraf.com

1Mənbələr