BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyalı aparıcı Vladimir Solovyovun iyulun 27-də yayımlanan verlişindən Marqarita Simonyan Bakıda həbsdə olan əməkdaşlarından danışıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
"Sən təsəvvür edə bilməzsən, mən bu gecələri yatmıram buna görə. Onsuz da yuxusuz qalmaq üçün kifayət qədər səbəblərim var", - Marqarita Simonyan deyib.
Həmçinin Rusiyanın dövlət kanalında "Sputnik" agentliyinin baş redaktoru Marqarita Simonyan və verlişin aparıcısı Vladimir Solovyov Azərbaycana gedən həmkarlarını tənqid edirlər.
İyulun 19-da Xankəndidə keçirilən III Şuşa media Formunda iki rusiya vətəndaşı Mixail Qusman və Sergey Markov iştirak ediblər.
"Rusiya Federasiyasının iki vətəndaşı - onlardan biri hələ yaxın keçmişdə yüksək vəzifə tutub - məlum olub ki, Şuşaya Azərbaycan tərəfinin şəxsi dəvəti ilə gediblər. Və onlar həmkarlarımızın taleyi ilə bağlı bir sual belə verməyiblər. Onlar təriflər yağdırıblar, lakin bu məsələyə toxunmaq nə peşəkarlıq baxımından, nə də insanlıq baxımından mümkün olmayıb" - Vladimir Solovyov deyib.
Bir neçə gün sonra Azərbaycan əsilli Mixali Qusman Rusiya dövlət mediasının rəhbərinin müavini vəzifəsindən azad edilib.
Bu verlişdən sonra Azərbaycanda Rusiyalı telviziya təbliğatçısı Solovyovun verlişinin dayandırıldığı iddia olunur.
Hakimiyyətə yaxın media yazıb ki, bir müddətdir onun verlişi başlayanda "Rossia 1" dövlət kanlının yayımı dayndırılır.
Buna səbəb kimi onun anti-Azərbaycan təbliğatı apardığı, qonaqları ilə birgə ölkəyə qarşı fikirlər səsləndirdiyi deyilir.
Hakimiyyətə yaxın mediada Rusiya televiziya kanallarının yayımının dayandırılmasına çağrışlar edilir.
Hazırda rus kanalları, ancaq kabel yayımı vasitəsiylə Azərbaycanda efirə çıxır.
Marqarita Simonya deyib ki, Bakıda həbs ediən iki əməkdaşına görə, narahatdır və onların azad olunması üçün mümkün olan hər şeyi edir.
"İki əməkdaşımız - mənim məsuliyyət daşıdığım şəxslər - heç bir səbəb olmadan həbsdədirlər", - Marqarita Simonyan bildirib.
Rusiya- Azərbaycan münasibətləri son aylarda gərginləşəndən sonra "Sputnik Azərbaycan"ın rəhbəri və baş redaktoru Azərbaycanda həbs olunub.
Video açılmırsa, Youtube kanalımızda baxın.