AZ

Polşa Aİ-nin hərbiləşdirmə fondundan 45 milyard avro kredit istəyir

BAKI, 29 iyul. TELEQRAF

Polşa Avropa İttifaqının yeni yaradılmış SAFE Militarization Fund (SAFE) proqramı çərçivəsində 45 milyard avro məbləğində kredit almaq üçün Avropa Komissiyasına rəsmi müraciət edib.

Teleqraf xəbər verir ki, bu məbləğ fondun ümumi büdcəsinin təxminən 30 faizini təşkil edir.

Məlumatı ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamışözünün X (keçmiş Twitter) hesabında paylaşıb.

"Polşa Aİ-nin SAFE proqramı çərçivəsində kredit almaq üçün Avropa Komissiyasına ilkin müraciət edib. Biz bu vəsaiti Polşa ordusunun əsas imkanlarını və təhlükəsizlik proqramlarımızı, o cümlədən "Şərq Qalxanı" proqramını gücləndirməküçün istifadə etmək istəyirik", - deyə nazir bildirib.

Kosinyak-Kamışəlavə edib ki, ümumilikdə 45 milyard avroluq layihələr hazırlanaraq təqdim edilib, lakin nə qədər vəsaitin ayrılacağı Avropa Komissiyasının daxil olan müraciətlərə əsasən bölgüsündən asılı olacaq.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr