AZ

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.

SİA xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüşlərdə qaliblərin peşəkar karyera məqsədləri və inkişaf planları müzakirə edilib, şəxsi və peşəkar inkişafla bağlı sualları cavablandırılıb. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

İqtisadiyyat naziri qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
5
sia.az

6Mənbələr