AZ

Şərur rayon Xələc kəndində tövlə və ot bağlamaları yanıb

Şərur rayon Xələc kəndində tövlə və ot bağlamaları yanıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 105 m² olan tövlənin 70 m² dam örtüyü yanıb, 35 m² darm örtuyü və tövlə yanğından mühafizə olunub.

Tövləyə bitişik olan ümumi sahəsi 105 m² çardağın 77 m² hissəsi yanıb, 28 m² olan hissəsi yanğından mühafizə edilib.

Çardağın altına yığılan 30 ton ot bağlamasının 16.5 tonu yanıb, 13.5 ton ot bağlaması isə mühafizə olunub.

Seçilən
11
9
apa.az

10Mənbələr