AZ

Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik bölgəsində (Zəngəzur dəhlizi) yerli əhali ilə görüş zamanı regionun tranzit potensialına diqqət çəkərək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun açılmasının vacibliyini xüsusi vurğulayıb.

Far.Az xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

"Əgər Sünikin qapılarını aça bilsək – burada 43 kilometrlik yol imkanlarından bəhs edirəm – əmin ola bilərsiniz ki, bu, bölgəmiz üçün geniş inkişaf imkanları yaradacaq. Hədəfimiz yaxın zamanda Azərbaycanla sülh sazişi imzalamaqdır",-deyə Vaaqn Xaçaturyan əlavə edib.

Seçilən
14
far.az

1Mənbələr