
Nyu-Yorkun Manhetten bölgəsindəki biznes mərkəzində atışma törədən kişinin əvvəldən sənədlərlə təsdiqlənmiş psixi problemləri olub. Bu barədə şəhər polis idarəsinin komissarı Cessika Tiş CNN telekanalına açıqlama verib.Onun sözlərinə görə, atəşi açan şəxs 27 yaşlı Şeyn Tamura olub və o, Las-Veqasdan gəlib. Komissar bildirib ki, Tamura əvvəlcə binanın foyesində atəş açmağa başlayıb, daha sonra liftlə 33-cü mərtəbəyə qalxaraq atəş açmağa davam edib və sonda intihar edib. Tiş qeyd edib ki, Tamuranın çağırdığı liftdən bir qadın düşüb və o, həmin qadının “zərər görmədən yanından keçməsinə icazə verib”.Şəhərin meri Erik Adams isə bildirib ki, atışma nəticəsində biri polis əməkdaşı olmaqla dörd nəfər həyatını itirib.Qanlı hadisə 28 iyulda Manhettendəki hündürmərtəbəli binada baş verib.Ulusum.az
Diqqət Çəkənlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
"Tea" Tətbiqində Şok Sızıntı: Özəl Fotolar və Kimliklər Ortalığa Saçıldı
Trampdan sərt xəbərdarlıq: “Avropa dağılır!”