AZ

Ulduz futbolçu "Real"la bağlı qərar verdi

"Real Madrid"in futbolçusu Rodriqo karyerası ilə bağlı qərarını açıqlayıb. Metbuat.az xəbər verir ki, braziliyalı ulduzun “Santyaqo Bernabeu”da qalmağa və ya elit komandaya qoşulmağa qərarlı olduğu bildirilir. Məlumata görə, “Tottenham Hotspur” Rodriqo üçün təklif göndərib. “FootMercato” xəbər verir ki, braziliyalı ulduz Tomas Frankın komandasına qoşulmaq istəməyib. “Tottenham Hotspur”un təkidinə baxmayaraq, Rodriqo təklifi qəbul etməyib.

Qeyd edək ki, Rodriqo Klublararası Dünya Kuboku zamanı ehtiyatda qalıb. Futbolçunun “Real”la müqaviləsi 2028-ci ildə yekunlaşır. Braziliyalının transfer dəyərinin 90 milyon avro olduğu bildirilir.

Seçilən
18
metbuat.az

1Mənbələr