Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.
Ekspertin sözlərinə görə, bu qaydalar ilk növbədə tütün məmulatlarından istifadə zamanı yaranan tüstü vasitəsilə ətrafdakıların sağlamlığının qorunması və həmçinin də yanğın təhlükəsizlik qaydaları nəzərə alınmaqla tətbiq edilir:
"Bu istiqamətdə həm siqaret çəkənlərin, həm də çəkməyənlərin vətəndaş hüquqları qorunduğu üçün bir çox qapalı ərazilərdə tütün məmulatlarından istifadə qadağan olunub. Burada məqsəd həm tüstünün siqaret çəkməyən adamlara zərər vurması, o cümlədən də yanğın təhlükəsindən irəli gələn tələblərə görə yanğın təhlükəsizliyini təmin etməkdir".
O bildirib ki, yanğın təhlükəsizlik qaydalarında da bunun üçün əlavə qeydlər var ki, xüsusi yerlər ayrılmalıdır:

"Bu yerlər yanan, tez çalışan maddələrdən uzaq olmalıdır, daha təhlükəsiz ərazi seçilməlidir. Biz bu istiqamətdə az olsa belə, təcrübədə görmüşük ki, hər hansı bir eyvandan siqaret kötüyü atılır, iplərdə sallanan qurumuş paltarlara düşür, paltarlar alışıb yanır və yanğın oradan da eyvana keçir.
O cümlədən, istirahət ərazilərində və yaxud meşə ərazilərində tütünün söndürülməməsi nəticəsində qurumuş ot örtüyünə düşdükdən sonra ot yavaş yavaş alışmağa başlayır. Havanın da küləkli olmasını nəzərə alsaq, artıq bu yanğın geniş arealı əhatə edə bilir. Bu səbəbdən istər istirahət yerlərində, istər idman turizmi zamanı bu cür qaydalara əməl olunmalıdır.
Bildiyimiz kimi, qapalı ərazilərdə isə tütündən istifadə inzibati məsuliyyətə cəlb olunur, qadağandır və xüsusi siqaret çəkmək, tütündən istifadə üçün yerlər ayrılmalıdır".
Qeyd edək ki, bu gün Nərimanov rayonumda siqaretin karton qutuya atılması səbəbindən yanğın baş verib.
Əfsanə Kamal
Demokrat.az