BAKI, 29 iyul. TELEQRAF
"Öyrəndiklərim məni iliklərimə qədər sarsıtdı".
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) direktor müavini Dan Bongino öz "X" hesabında yazıb.
Direktor müavini FTB direktoru ilə birlikdə dövlət daxilindəki korrupsiya ilə mübarizə apararkən qarşılarına çıxan məlumatlardan bəhs edib: "Öyrəndiklərim məni iliklərimə qədər sarsıtdı. Biz respublikanı bu formada idarə edə bilmərik. Öyrəndiklərimdən sonra heç vaxt əvvəlki kimi ola bilmərəm”.
Bongino həqiqət uğrunda sona qədər mübarizə aparacağına əminliyini də ifadə edib: "Bu sizin ya da mənim "həqiqət"imiz deyil, bu sadəcə həqiqətdir".
Onun bu sözlərlə kimə və ya nəyə işarə vurduğu dəqiq bilinməsə də FTB direktor müavinin Cefri Epşteyni nəzərdə tutduğu güman olunur.
Qeyd edək ki, azyaşlı qızları seksual münasibətlərə cəlb etdiyi üçün məhkum edilən və həbsxanada intihar edən Epşteynin işində ABŞ elitasına mənsub olan bir çox şəxsin adı çəkilir.