Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb.
Publika.az xbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, “BakuBus” MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı marşrutlarda qalib olub.
“Azər-Avtonəqliyyat” ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.