"Qarabağ" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda "Şelburn"u qəbul edəcək.
Bizim.Media xəbər verir ki, artıq oyun üçün 19500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Bu komandalar arasında İrlandiyada baş tutan ilk görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta