AZ

Məhkəmə müsəlmanları təhqir edən erməni barəsində QƏRAR VERDİ VİDEO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskvada müsəlmanları təhqir edən erməni bloqer daha 6 ay dəmir barmaqlıqlar arxasında qalmalı olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Life” nəşri məlumat yayıb.

Belə ki, Moskva məhkəməsi bloqer Areq Şepixinin 2026-cı il yanvarın 22-dək həbsdə saxlanmasına qərar verib.

İclas zamanı Şepixin əvvəlcə həbs müddətinin uzadılmasına etiraz etməyib. Lakin vəkili ilə danışdıqdan sonra onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.

O, həmçinin vəkilindən xahiş edib ki, qardaşlarına onun istintaq təcridxanasında olması barədə məlumat versinlər.

Psixiatrik müayinənin nəticələrinə görə, bloqerə qarışıq şəxsiyyət pozğunluğu diaqnozu qoyulub.

Areq Şepixin müsəlmanları, xüsusən də çeçenləri təhqir etdiyini boynuna alıb.

https://cdn.globalinfo.az/2025/07/areg-shhepihin.mp4

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
globalinfo.az

1Mənbələr