AZ

"Şelburn"un baş məşqçisi: "Oyundan zövq almağa çalışacağıq"

"Qarabağ"a qarşı səfər matçında məğlub olmaq istəmirik".

Apasport.az xəbər verir ki, bunu "Şelburn"un (İrlandiya) baş məşqçisi Coy O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis Bakıdakı qarşılaşmadan qalib ayrılmaq istədiklərini bildirib:

"Sabahkı qarşılaşmaya normal qaydada çıxacağıq. Komandamıza inanıram. Oyundan zövq almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyrimizə olsun. Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır".

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sassuolo"nun hücumçusu "Fənərbaxça"nın hədəfində: 15 milyon avro tələb edirlər

"Bavariya"da yeni müqavilə

Totti karyerasını bitirdi - Menecerliyə başladı

Gilardi "Roma" yolunda: ANLAŞMA ƏLDƏ OLUNDU

"Beşiktaş"ın yeni transfer hədəfi: braziliyalı müdafiəçi

Seçilən
24
3
apasport.az

4Mənbələr