Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentlər Qazaxıstan və Türkiyə arasında strateji tərəfdaşlığın gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
Ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük diqqət yetirilib.
Qasım-Jomart Tokayev səmimi qəbula görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Öz növbəsində Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa hazır olduğunu təsdiqləyib.