BAKI. 29 iyul. TELEQRAF
"Rəqibin gücünü və qarşılaşmanın çətin keçəcəyini bilirik".
Teleqraf xəbər verir ki, bunu İrlandiya "Şelburn"unun futbolçusu Conatan Lunney Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
27 yaşlı dayaq yarımmüdafiəçisinin sözlərinə görə, komandası və baş məşqçi Coy O Brayenin istəyi qalib gəlməkdir: "Qarşılaşmaya ciddi hazırlaşmışıq. Futbolda hər şey ola bilər. Sabahkı oyunda qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Şelburn” matçı saat 20:00-da başlanacaq. İlk matçda Azərbaycan təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.