AZ

"Şəhərsalma Forumu 182 ölkəni Bakıya cəlb edəcək" – QHT sədri

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal əhəmiyyət daşıyan mühüm tədbirlərdən biridir və onun ölkəmizdə keçirilməsi həm şəhər inkişafı baxımından, həm də sosial-iqtisadi perspektivlərə görə olduqca əhəmiyyətlidir.

Onun sözlərinə görə, müasir dövrdə forumun əhəmiyyəti daha da artıb, çünki bu gün dünyada 4 milyarddan çox insan – yəni qlobal əhalinin yarısından çoxu şəhərlərdə yaşayır. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin 70%-i şəhər mühitində məskunlaşacaq:

"Forum 182-dən çox ölkədən çoxsaylı iştirakçıları Bakıya cəlb edəcək. Bu isə turizm sektoruna böyük töhfə verəcək, Bakının beynəlxalq turizm xəritəsindəki mövqeyini daha da gücləndirəcək, öz növbəsində qeyri-neft sektorunun inkişafına mühüm töhfə olacaq. Bakıda uzun müddətdir ki, qlobal çağırışlar - siyasi, iqtisadi, humanitar və iqlim məsələləri müzakirə edilir.  Forum Azərbaycana öz şəhər inkişafı strategiyalarını beynəlxalq standartlara uyğunlaşdırmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün yeni yollar kəşf etmək imkanı verəcək."

 

Pərvanə Fərhadqızı

Seçilən
3
qht.az

1Mənbələr