BAKI, 29 iyul. TELEQRAF
Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib.
Teleqraf xəbər verir ki, həmin yarım milyon insan arasında yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlar yer alır.
Bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.