AZ

Putinin cangüdənləri dronla gəzir? Foto+Video

ain.az bildirir, Yenisabah portalına istinadən.

Rusiya prezidentinin ictimaiyyət qarşısın son çıxışı bir nəsnəyə görə ciddi maraq doğurub. Vladimir Putin tədbirlərə həmişə çoxsaylı mühafizəçinin müşayiəti ilə çıxır. Amma hərbi tədbirdə iştirak etdiyi son mərasimdə cangüdənlərdən birinin dronla görünməsi nəzərdən qaçmayıb.

Yenisabah.az "Flaş" teleqram kanalına istinadla xəbər verir ki, pilotsuz uçan aparat dövlət təhlükəsizlik əməkdaşlarından birinin əlində görünüb: adam onu çantasında gizlədib, lakin PUA-nın quyruğu üzdı qalıb.

Təqdim olunan görüntülərə əsasən bu nəticə hasil olub ki, bu, PUA ələkeçiricisi, yaxud tutucudur. pizza sifarişi

Rusiya qoşunlarında ələkeçirici dronların istifadəsi 2025-ci ilin aprelində məlum olub. PUA dörd mühərrik və termal görüntüləmə başlığı ilə təchiz edilib. Görüntülərə və fotolara əsasən onun dizaynı Putinin mühafizəçisinin əlində olan PUA-ya bənzəyir.

Heç kimə sirr deyil ki, Ukrayna pilotsuz təyyarələri Rusiya şəhərlərinə hücum edərək Moskvaya qədər uçur, ona görə də ələ keçirən dronlardan istifadə tamamilə məqsədə müvafiqdir.

Kameralar həmin anı lentə alan zaman mühafizəçilərin və Putinin dəqiq harada olduğu açıqlanmayıb. Toplanan hərbçilərin sayına görə, bu, rəsmi mükafatlandırma mərasimi və ya görüş ola bilər.

Xatırladaq ki, Ukraynanın “Aerobavovna” şirkəti aerostatlardan istifadə edərək dronların ələ keçirmə sistemini sınaqdan keçirir.

Ukraynadan olan başqa bir şirkət "Venator Technologies" Rusiyanın "Geran", "Lanset", "Orlans" və "Zala" PUA-larına qarşı işləyəcək "AngryCat" tutucu dronunu hazırlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
yenisabah.az

2Mənbələr