AZ

Bu stəkanlardan çay içməyin: zərərli maddələr əmələ gətirir

Çay süfrələrinin ayrılmaz hissəsi olan stəkanlar bəzən sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bəzi rəngli və metal görünümlü çay fincanları yüksək temperaturla təmasda olduqda zərərli maddələr buraxa bilir.

Xüsusilə ucuz və keyfiyyətsiz materiallardan hazırlanmış boyalı şüşələr və laklı fincanlar diqqət mərkəzindədir. Aparılan araşdırmalara görə, bu cür qablar istiliklə təmasda olduqda qurğuşun və kadmium kimi ağır metallar çaya süzülə bilər. Bu maddələr uzun müddətdə böyrəklərə, qaraciyərə və sinir sisteminə ciddi ziyan vura bilər.

Bazarda “rəngli şüşə” adı ilə satılan bəzi məhsulların üzərindəki boyaların qida ilə təmas üçün uyğun olmadığı bildirilib. Belə fincanlardan isti çay içmək xüsusilə risklidir. Ucuz məhsulların çoxu keyfiyyətsiz və lisenziyasız istehsaldan qaynaqlanır.

Mütəxəssislər çay içərkən istiliyədavamlı və qida üçün təhlükəsiz materiallardan hazırlanmış stəkanlara üstünlük verilməsini tövsiyə edir. Əgər istifadə etdiyiniz fincanın tərkibi və istehsal mənbəyi barədə şübhəniz varsa, onu dəyişdirmək ən doğru seçim olacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr