AZ

Dövlət Duması Alyaskanın ABŞ-dan alınmasını təklif edib

“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov Komandir adalarının Rusiyadan alınması ilə bağlı müzakirələrə cavab olaraq Alyaskanın ABŞ-dan alınmasını təklif edib.

SİA-nın məlumatına görə, yazı parlamentin Telegram-kanalında dərc olunub.

…Ştatlarda Komandir adalarını Rusiyadan almaqdan danışırlar. Yoxsa Alyaskanı onlardan alsaq, daha yaxşı olar?.– yazandeputat izah edib ki, ABŞ prezidenti Donald Tramp alqı-satqı baxımından düşünməyə vərdiş edib.

Eyni zamanda, o və tərəfdarları alqı-satqısı müzakirə olunan ərazilərdə yaşayan insanların taleyinə biganədir.

Bunu da siyasətçi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ordusunun Təhlükəsizlik Komandanlığının tərkibində Estoniyada xidmət edən amerikalı polkovnik-leytenant Ceffri Fritz Çin sualtı qayıqlarını izləmək üçün Vaşinqtona Komandir adalarını Moskvadan 15 milyard dollara almağı təklif etmişdi.

Dövlət Dumasının deputatı Aleksey Çepa Lenta.ru ilə söhbətində bildirib ki, Rusiya öz ərazilərini satmır – bu, başqa şeylərlə yanaşı, ölkə Konstitusiyasında da yazılıb.

Əli Babayev

Seçilən
17
1
sia.az

2Mənbələr