AZ

Yekaterinburqda bina çöküb - 24 nəfər təxliyə edilib

Bakı. Trend:

Yekaterinburqda üçmərtəbəli inzibati binanın bir hissəsiçöküb.

Trend xəbərverir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin MətbuatXidməti məlumat yayıb.

Məlumata görə, hadisə sonrası xilasedicilər qonşu binalardan 24nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Hadisə yerində 34 nəfər xilasedici və 22 ədəd texnika fəaliyyətgöstərir.

İlkin ehtimala görə, çökmənin əsas səbəbi binanın köhnəlmişvəziyyətdə olmasıdır.

Seçilən
11
az.trend.az

1Mənbələr