
“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin “Qalatasaray”a transferi Türkiyə futbol tarixinin ən bahalı transferi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Nikola Şira sosial şəbəkə hesabında məlumat yayıb.
İnsayderin məlumatına görə, Osimhenin transferi “Qalatasaray”a 75 milyon avroya başa gələcək.
Qeyd edək ki, nigeriyalı futbolçuya İngiltərənin “Mançester Yunayted” və Səudiyyə Ərəbistanının “Əl Hilal” klubları da iddialı idi.