AZ

Osimhenin transferi Türkiyə futbol tarixinin ən bahalı transferi ola bilər

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin “Qalatasaray”a transferi Türkiyə futbol tarixinin ən bahalı transferi ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Nikola Şira sosial şəbəkə hesabında məlumat yayıb.

İnsayderin məlumatına görə, Osimhenin transferi “Qalatasaray”a 75 milyon avroya başa gələcək.

Qeyd edək ki, nigeriyalı futbolçuya İngiltərənin “Mançester Yunayted” və Səudiyyə Ərəbistanının “Əl Hilal” klubları da iddialı idi.

Xatırladaq ki, Osimhen ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edib. Nigeriyalı Türkiyə çempionatında 30 matçda iştirak edib, 26 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr