Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Sabit aylıq tarifin enerji təminatına necə təsir edəcək?
Millət vəkili Aydın Hüseynov Hit.az-a deyib ki,
Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ölkədə elektrik enerjisi üzrə sabit aylıq tarif tətbiq ediləcək:
"Bu tarif, enerji istehlakçısının sərfiyyatından asılı olmayaraq, elektrik şəbəkəsinin istismarı, texniki xidmət və infrastrukturun qorunması kimi sabit xərclərin qarşılanması məqsədi daşıyır. Yeni tarif modeli enerji sektorunda dayanıqlığı artıracaq, maliyyə sabitliyi yaradacaq və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq. Eyni zamanda, bu yanaşma investisiyaların cəlbi və müasir texnologiyaların tətbiqini təşviq edəcək. Qeyd edək ki, sabit tarifin tətbiqi istehlakçıların aylıq ödənişlərinə ciddi təsir göstərməyəcək. Bu addım enerji təminatının uzunmüddətli təhlükəsizliyini və dayanıqlılığını təmin etməyə xidmət edir".
Sevinc