AZ

Qorka: Avropa Tramp qarşısında "diz çökdü" – onunla razılaşma bağladı - ÖZƏL

AB ilə razılaşma bağlamaqla Avropa İttifaqı ABŞ-ın iqtisadi üstünlüyünü tanıdı və ABŞ Prezidenti Donald Trampın ticarət qaydalarını qəbul etdi.

Olaylar xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurasında terrorizmlə mübarizə üzrə baş direktor Sebastyan Qorka Newsmax telekanalının efirində danışıb.

"İndi, hətta mənim üçün belə - Trampı on ildir tanıyan biri kimi - inanmaq çətindir ki, bütün Avropa İttifaqı 'Əvvəlcə Amerika' qarşısında diz çöküb", - deyə Qorka bildirib.

Daha əvvəl İtaliyanın sənayeçilər assosiasiyası olan Confindustrianın prezidenti Emanuele Orsini AB ilə ABŞ arasında imzalanan ticarət razılaşmasını "sillə" adlandırmışdı.

Fransa parlamentindəki "Milli Birlik" partiyasının fraksiya lideri Marin Le Pen isə qeyd etmişdi ki, Vaşinqtonla Avropa İttifaqı arasında imzalanan ticarət razılaşması Avropa üçün üçqat fiasko olub.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr