Zaqatala rayonunun Bəxmətli kəndində fərdi yaşayış evində yanğın baş verib.
Ölkə.Az APA-ya istinadən xəbər verir ki, Oruc Qaraxanova məxsus birmərtəbəli zirzəmili evdə yanğın qeydə alınıb.
Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, ev sahibi O.Qaraxanov rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi vəzifəsini tutur.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları (ümumi sahəsi 180 kv.m) 140 kv.m sahədə yanıb.
Evin qalan hissəsinin yanğından mühafizə edildiyi bildirilir. Yanğınsöndürənlər alovu söndürüb.