Tramp Starmerlə görüşdükdən sonra Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar İsrailin Baş naziri Binyamin Netanyahuya təzyiqləri artırıb və onun Qəzza Zolağında aclıq olmadığına dair iddiaları ilə razılaşmayıb.
Səfərin diplomatik intensivliyinə baxmayaraq, Tramp oğulları Erik və kiçik Donald Tramp, həmçinin nəvələri ilə qolf oynamağa vaxt tapıb. Açılış mərasimində qonaqlar arasında ukraynalı keçmiş futbolçu Andrey Şevçenko, Şotlandiyanın Baş naziri Con Svinni, həmçinin “Jaguar Land Rover” şirkətinin rəhbəri və London şəhərinin lord meri də daxil olmaqla biznes liderləri iştirak ediblər.
“Mən bugünkü oyunu səbirsizliklə gözləyirəm. Biz çox sürətli oynayacağıq. Sonra Vaşinqtona qayıdacağam və biz bütün dünyada yanğınları söndürəcəyik. Biz müharibəni dayandırdıq - təxminən beş müharibəni dayandırdıq”, - Amerika lideri yeni qolf meydançasının açılışı mərasimində vurğulayıb.
Böyük ehtimalla, ABŞ prezidenti qismən Tailand və Kamboca arasındakı atəşkəsə, habelə aprel ayında Hindistan-Pakistan münaqişəsinin dayandırılmasını nəzərdə tutur. Lakin o, daha hansı 3 müharibəni dayandırmağa müvəffəq olduğu barədə heç nə deməyib.
Трамп торжественно открыл новое поле в своем клубе в Шотландии pic.twitter.com/khWqWHyaJR
— Seymur Bakshev (@SBakshev) July 29, 2025
Sahil İsgəndərov
AzVision.az