AZ

Tramp: “Dünyadakı yanğınları söndürəcəyəm” VİDEO

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Al-Monitor” nəşrinin yazdığına görə, Trampın Şotlandiyaya əvvəlcə şəxsi səfər kimi qiymətləndirilən 5 günlük səfəri tez bir zamanda diplomatik xarakter aldı. Bu səfər çərçivəsində, o cümlədən Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə danışıqlar, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ilə ticarət razılaşması və Kamboca ilə Tayland arasında silahlı münaqişənin həlli səyləri baş tutdu. Tramp Starmerlə görüşdükdən sonra Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar İsrailin Baş naziri Binyamin Netanyahuya təzyiqləri artırıb və onun Qəzza Zolağında aclıq olmadığına dair iddiaları ilə razılaşmayıb. Səfərin diplomatik intensivliyinə baxmayaraq, Tramp oğulları Erik və kiçik Donald Tramp, həmçinin nəvələri ilə qolf oynamağa vaxt tapıb. Açılış mərasimində qonaqlar arasında ukraynalı keçmiş futbolçu Andrey Şevçenko, Şotlandiyanın Baş naziri Con Svinni, həmçinin “Jaguar Land Rover” şirkətinin rəhbəri və London şəhərinin lord meri də daxil olmaqla biznes liderləri iştirak ediblər. “Mən bugünkü oyunu səbirsizliklə gözləyirəm. Biz çox sürətli oynayacağıq. Sonra Vaşinqtona qayıdacağam və biz bütün dünyada yanğınları söndürəcəyik. Biz müharibəni dayandırdıq - təxminən beş müharibəni dayandırdıq”, - Amerika lideri yeni qolf meydançasının açılışı mərasimində vurğulayıb. Böyük ehtimalla, ABŞ prezidenti qismən Tailand və Kamboca arasındakı atəşkəsə, habelə aprel ayında Hindistan-Pakistan münaqişəsinin dayandırılmasını nəzərdə tutur. Lakin o, daha hansı 3 müharibəni dayandırmağa müvəffəq olduğu barədə heç nə deməyib.

Трамп торжественно открыл новое поле в своем клубе в Шотландии pic.twitter.com/khWqWHyaJR

— Seymur Bakshev (@SBakshev) July 29, 2025

Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azvision.az

2Mənbələr