AZ

Ermənistan prezidenti Zəngəzur yolunu Ermənistanın gələcək inkişafı üçün qapı adlandırdı...

Yazını böyüt
Yazını kiçilt

“Sünik (Zəngəzur) Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək...”

Hafta.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu gün - iyulun 29-da Sünikdə keçirilən müşavirədə deyib.

“Əgər biz Sünikin (Zəngəzur-S.L.) qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək.

"Sülh qovşağı" layihəmiz beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılanır. Çox cəlbedicidir və hər kəs üçün görünür. Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”, - prezident qeyd edib.

“Sünik vilayətində keçirilən görüşdə vilayətinin qubernatoru Robert Qukasyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, hüquq-mühafizə orqanlarının nümayəndələri, bölgədəki icmaların rəhbərləri iştirak ediblər”, - xəbərdə belə deyilir.

Seçilən
13
11
hafta.az

10Mənbələr