BAKI, 29 iyul. TELEQRAF
Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə təhlükəsizlik güclərindəki mənbələrə istinadən "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, qəza Saksoniya federal əyalətinin Qrimmaşəhəri yaxınlığında qeydə alınıb.
Yerli əhali ərazidə yerləşən çayda vertolyot qalıqları aşkar ediblər.
Hazırda məlum olduğu kimi, pilotun axtarışlarına başlanılıb.
Hadisə yerində polis və xilasedicilər işləyir, tezliklə dalğıclar onlara kömək edəcək.
Hələlik hərbi helikopterlə bağlı bu insidentlə bağlı rəsmi açıqlama yoxdur.