ain.az bildirir, 525.az portalına istinadən.
ABŞ-ın elektromobil nəhəngi “Tesla” korparasiyası “Roadster” idman avtomobilinin ikinci nəslinin təqdim olunacağı anonsunu verib.
525.az “InsideEVs” nəşrinə istinadən xəbər verir ki, şirkət rəhbərliyinin sözlərinə görə, bu model "sürücülər üçün nəzərdə tutulan sonuncu avtomobil" olacaq.
“Tesla”nın vitse-prezidenti Lars Moravy bildirib ki, “Roadster 2” şirkətin sükanlı avtomobillər dövrünə son qoyan layihəsi olacaq. Buraxılış tarixi hələ dəqiqləşdirilməsə də, Moravy yeni model üzərində qızğın iş getdiyini deyib: “Biz super effektli təqdimata hazırlaşırıq. Bu, “başgicəlləndirici” bir hadisə olacaq”.
Qeyd edək ki, “Roadster 2”nin buraxılacağı ilə bağlı ilk xəbər hələ 2017-ci ildə yayılmışdı və avtomobilin 2020-ci ildə satışa çıxarılması planlaşdırılırdı. Lakin bir sıra səbəblərdən buraxılış gecikdi. İlon Mask və Lars Moravinin fikrincə, sükanla təchiz olunmuş avtomobillər artıq köhnəlməyə doğru gedir və “Roadster 2” “Tesla”nın bu istiqamətdə son böyük addımıdır.
Qeyd edək ki, “Tesla”nın ilk “Roadster” modeli 2008-ci ildə təqdim edilmişdi. İkiqapılı elektrikli idman avtomobili 100 km/saat sürətə 4 saniyəyə çatır və bir şarjla 400 kilometr məsafə qət edə bilirdi. Avtomobilin baza versiyası təxminən 109 min ABŞ dolları dəyərində idi.
Lars Moravy onu da açıqlayıb ki, “Tesla” yaxın zamanda “Cybertruck” pikapının kompakt versiyasını təqdim etməyə hazırlaşır.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.