Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Vətəndaş 15 iyun 2025-ci il tarixində ABB bank kartından Kapital Bank kartına 500 manatlıq köçürmə etdiyini, lakin üzərindən 43 gün keçməsinə baxmayaraq pulun nə təyinat yerinə çatdığını, nə də geri qaytarıldığını bildirir.
AzPost xəbər verir ki, zərərçəkmiş şəxs dəfələrlə ABB-nin müştəri xidmətlərinə müraciət etməsinə baxmayaraq, problemin həll olunmadığını və hər dəfə ümumi, qeyri-müəyyən cavablarla geri qaytarıldığını deyir:“Hər dəfə deyirlər ‘qayıdacaq’, amma nə pul qayıdır, nə də aydın cavab verilir. 43 gündür mənim 500 manatım banklar arasında itib, cavab verən yoxdur.”
Vətəndaş bu vəziyyəti “Məni yolla verirlər, nəticə yoxdur” sözləri ilə ifadə edir və artıq hüquqlarını müdafiə etmək üçün digər orqanlara müraciət etməyi düşündüyünü qeyd edir.
ABB Bank isə sosial şəbəkələrdə yayımlanan bu tip şikayətlərə cavab olaraq müştərilərdən FİN kodu, əlaqə nömrəsi və problemin təsvirini şəxsi mesaj vasitəsilə göndərməyi istəyir. Bank, məsələni qısa müddətdə həll etməyə çalışacağını da əlavə edir.
Qeyd edək ki, elektron pul köçürmələrinin uzun müddət tamamlanmaması və bu barədə müştəriyə aydın və rəsmi izahat verilməməsi bankın məsuliyyətini doğurur və Azərbaycan Mərkəzi Bankı və ya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətə götürülə bilər.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.