AZ

İranda hovuzda kütləvi zəhərlənmə olub

İranın qərbində yerləşən Həmədan şəhərində hovuzda 15 yeniyetmə zəhərlənib.

Operativ Media xəbər verir ki, bu barədə Həmədan Tibb Universitetinin təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Rza Şokuhi bildirib.

Onun sözlərinə görə, dünən baş vermiş hadisə nəticəsində 15 nəfər Sina və Ekbatan xəstəxanalarına yerləşdirilib.

Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri əlavə edib ki, zəhərlənənlərin hamısı yeniyetmədir.

Onun sözlərinə görə, zəhərlənmə elektrik enerjisinin gözlənilmədən kəsilməsi səbəbindən baş verib.

Üzgüçülük hovuzlarında suyun dezinfeksiyası üçün xloratorlardan istifadə olunur və onların elektrik şəbəkəsindən vaxtında ayrılması xlor zəhərlənməsinə səbəb ola bilər ki, bunun da əlamətləri göz yaşı, oriyentasiyanın pozulması, nəfəs darlığı və ürək bulanmasıdır.

Seçilən
42
6
operativmedia.az

7Mənbələr