AZ

Yekaterinburqda binanın uçması ilə bağlı təfərrüatlar ortaya çıxıb...

Rusiya Fövqəladə Hallar Nazirliyi Yekaterinburqda inzibati binanın qismən uçması ilə bağlı təfərrüatları açıqlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, üçmərtəbəli binanın bir hissəsi dağılıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Fövqəladə Hallar Nazirliyi ölən və yaralananlar barədə məlumat verməyib. ...Yekaterinburqda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri inzibati binanın bir hissəsinin uçmasının nəticələrini aradan qaldırır, - idarədən bildiriblər.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi 24 nəfərin təxliyəsi barədə məlumat yayıb.

Digər 12 tikinti işçisi isə özbaşına binanı tərk edib. Xilasedicilər dağıntıları təmizləməyə davam edir.

İlkin versiyaya görə, çökməyə binanın qəzalı vəziyyətdə olması səbəb olub. Üstəlik, çökmə zamanı nə yanğın, nə də tüstü yaranıb.

...İnzibati binanın bir hissəsi dağıldıqdan sonra xilasedicilər qonşu binalardan 24 nəfəri təxliyyə ediblər. Fövqəladə Hallar Nazirliyinin qüvvələri və vasitələri dağıntıların tədqiqini davam etdirirlər, - deyə xilasedicilər əlavə ediblər.

Əli Babayev

Seçilən
9
1
sia.az

2Mənbələr