AZ

Şuşa ziyalıları haqqında videoçarxlar hazırlandı

BAKI, 29 iyul. TELEQRAF

Şuşa ziyalıları haqqında sosial videoçarxlar hazırlanıb.

Teleqraf xəbər verir ki, bununla bağlı layihə “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, layihənin ideyasına uyğun olaraq Şuşanın görkəmli şəxsiyyətlərindən olan şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab və İkinci Dünya müharibəsi iştirakçısı general-mayor Yaqub Quliyev haqqında sənədli videoçarxlar hazırlayıblar: “Onları əsasən sosial şəbəkələrdə və digər internet resurslarında geniş yayacağıq. Məqsəd görkəmli şəxsiyyətlərimizi gənc nəslinə və geniş ictimaiyyətə tanıtdırmaqdır”.

Seçilən
33
teleqraf.com

1Mənbələr