AZ

İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - FOTO

Tehran Prokurorluğu İran Prezidenti Məsud Pezeşkianın karikaturasını çəkən məşhur iranlı rəssam Hadi Heydəri barəsində cinayət işi açıb.

Moderator.az bu barədə "Asr Iran" portalına istinadla xəbər verir.

Məlumata görə, karikaturaçı barəsində hüquqi araşdırmalara başlanılıb.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkiana qarşı tənqidi məzmun daşıyan karikatura rəssamın sosial şəbəkə hesabında paylaşıldıqdan sonra böyük qalmaqala səbəb olub. Hadisədən sonra Hadi Heydəri şəxsi "Telegram" kanalında yayımladığı açıqlamada yaranmış vəziyyəti "səhv anlaşılma" adlandırıb və karikaturanı sosial media hesablarından sildiyini bildirib:

"Dünən bu sətirlərin müəllifinin dərc etdiyi karikatura hökumət tərəfindən parlamentə təqdim edilmiş bir qanun layihəsinin tənqidinə həsr olunmuşdu. Təəssüf ki, bu addım bəzi şəxslər tərəfindən düzgün başa düşülməyərək məqsədindən tamamilə uzaq bir şəkildə şərh olunub və bununla da bəzi sui-istifadələrə yol açılıb. Bu səbəbdən, İran və əziz vətənimizin dəyərli dostlarının tövsiyəsi ilə həmin karikaturanı şəxsi sosial media hesablarımdan sildim", - deyə o bildirib.

Seçilən
36
moderator.az

1Mənbələr