AZ

İradə Həsənova: “Şəhərsalma sahəsindəki inkişaf Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir”

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun şəkildə həyata keçirilir və bu sahə dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub.

QHT sədrinin sözlərinə görə, hazırda şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilir, Bakıda və ölkənin müxtəlif bölgələrində gerçəkləşdirilən layihələr ümumi sosial-iqtisadi inkişafda mühüm rol oynayır:

"İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir. Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınmışdır. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir."

Ardı var...

 

 

Pərvanə Fərhadqızı

Seçilən
2
qht.az

1Mənbələr