AZ

İsti hava şəraiti davam edəcək

Bu həftənin sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddətdə havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləyinin üstünlüyü gözlənilir. Bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin müşahidə edilməsinə səbəb olacaq.

Seçilən
51
49
marja.az

10Mənbələr