AZ

Kino səni gözləyir!

Bakı, 29 iyul, AZƏRTAC

Avqustun 1-də Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında açıq havada film nümayişi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” bədii filmi nümayiş olunacaq. Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq.

Saat 20:00-da başlayacaq tədbir ictimaiyyət üçün açıq olacaq.

Seçilən
3
1
azertag.az

2Mənbələr