AZ

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə işgüzar səfəri çərçivəsində Cenevrə şəhərində Braziliya Deputatlar Palatasının sədri Huqo Motta ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə ölkələr arasında coğrafi uzaqlığa baxmayaraq, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğu qeyd edilib.

2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olduğu qeyd edilərək, vurğulanıb ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda parlamentlərimiz arasında da yaxşı münasibətlər var.

Söhbət zamanı Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Hər iki ölkənin parlament dostluq qrupları arasında sıx təmasların mövcud olmasından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, bu təmaslar parlamentlər arasında əməkdaşlığın genişlənməsinə imkan verir. Keçirilən görüşlərin və siyasi dialoqun parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb. Müasir dünyada mövcud olan çağırışlara qarşı birgə mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyi bir daha qeyd edilib.

Seçilən
0
27
publika.az

10Mənbələr