AZ

Türkiyə 270 min dollar rüşvət alan dini nümayəndədən danışır - Video

Türkiyənin Dəyanət İşləri İdarəsinin Məkkə üzrə səlahiyyətli nümayəndəsinin rüşvət videosu ölkə gündəmini zəbt edib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Ahmet Daştanbekin rüşvət kimi aldığı 270 min dolları saydığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərlə bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu araşdırmalara başlayıb.

Sözügedən idarə ötən gün açıqlama yayaraq qurumun da araşdırma apardığını bildirib: “İdarəmiz bəzi sosial media platformalarında rəsmilərimizdən birinə aid olduğu iddia edilən video ilə bağlı dərhal araşdırma başladıb. Məsələ təyin olunmuş müfəttişlər tərəfindən diqqətlə araşdırılır”.

A. Daştanbek isə bu gün sosial şəbəkə hesabında açıqlama yayaraq görüntülərdəki pulun bir xeyriyyəçi tərəfindən Məkkədə ehtiyacı olanlara paylanması üçün ona verilən sədəqə və Ramazan paketlərinin alınması üçün olduğunu iddia edib. O, saydığı məbləğin 270 min dollar yox, 10 min dollar olduğunu bildirib.

Həmçinin söyləyib ki, pulu aldıqdan sonra həmin vaxt mühasib ofisə gələrək vəsaiti hesaba qeyd edib və bununla bağlı hesabat Ankaraya göndərilib.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
21
4
qafqazinfo.az

5Mənbələr