"Tesla Cybertruck" satışa çıxarıldıqdan sonra əhəmiyyətli səs-küy yaratsa da, eyni satış uğurunu əldə edə bilmədi. Bununla belə, "Tesla" pikap planlarından əl çəkməyib.
Avtosfer.az xəbər verir ki, "Tesla"nın Mühəndislik üzrə vitse-prezidenti Lars Moravy, gündəmdə daha kiçik bir pikap ola biləcəyini söylədi.
Bu, "Cybertruck"ın qeyri-ənənəvi dizaynının daha geniş, qlobal bazarlara çıxmasına yol aça bilər.(index.az)