AZ

Kontakt Home-dan divan seçdi, evə fərqli model gətirdilər

Kontakt Home mağazasının Xalqlar Dostluğu filialından mebel sifariş edən müştəri aldığı məhsulun mağazada təqdim edilən modeldən fərqli rəngdə olduğunu iddia edir.

AzPost xəbər verir ki, vətəndaş Nərgiz Qasımzadənin paylaşdığı məlumata görə, mağazada açıq bej tonunda nümayiş etdirilən divan sifariş verildikdən sonra evə tamamilə fərqli, boz rəngdə gətirilib. O bildirir ki, bu fərq sadəcə işıqlandırma ilə əsaslandırıla bilməz və təqdim olunan model ilə real məhsulun rəngləri açıq-aşkar fərqlidir.

“Əməkdaşınız mənə dedi ki, ‘Eyni divandır, vitrində projektor işığı olduğu üçün fərqli görünür’. Bu cavab nə məntiqlidir, nə də istehlakçının aldadılması faktını ört-basdır edə bilər,” – deyə şikayətçi qeyd edib.

Nərgiz Qasımzadə müqayisəli fotoşəkil də təqdim edərək, Kontakt Home-dan bu məsələyə aydınlıq gətirməyi və uyğun həll yolu təqdim etməyi tələb edir. O, ya doğru rəngdə divanın göndərilməsini, ya da digər alternativlərlə təmin olunmağını istəyir. Əks halda, müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib.

Qeyd edək ki, bu kimi hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir və məhsulun istehlakçının sifarişinə uyğun olmaması onun geri qaytarılması və ya dəyişdirilməsi üçün əsas sayılır.

Məsələ ilə bağlı Kontakt Home-un münasibətini öyrənməyə hazırıq.

Divan
Divan

AzPost.az

Seçilən
13
1
azpost.info

2Mənbələr